
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb.
Jurnalda filologiya, tarix və antropologiya sahələrinə aid 23 elmi məqalə dərc olunub. Bu sırada “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, “Bədr Şirvani yaradıcılığında qəzəl”, “Orta əsrlərdə Türkiyədə yaşayan Azərbaycan əsilli alimlər”, “Postsovet məkanında Asiya regionu və Azərbaycan”, “Orta əsr ərəb-fars mənbələrində Azərbaycan əhalisinin etnik mənşəyi”, “XVI əsr Osmanlı əlyazmalarında Türkiyənin hərbi-siyasi tarixi”, “Qərb və Şərq sivilizasiyalarının qarşılıqlı fəaliyyətinin (müasir dünyada) kulturoloji xüsusiyyətləri” və s. kimi maraqlı mövzularda qələmə alınmış məqalələri qeyd etmək olar.
Jurnalın dördüncü sayı üçün məqalə qəbuluna başlanılıb.