
AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
Jurnalda filologiya, tarix və antropologiya sahələrinə aid 19 elmi məqalə dərc olunub. Jurnalda “Koroğlu” dastanının variantlarının ortaq və fərqli cəhətlərinə, Əmin Məəlufun həyat və yaradıcılığına, Viktoriya dövründə marginallaşmış şairələrə, müasir Azərbaycan və özbək xalqlarının şeirində ana dili mövzusuna dair maraqlı məqalələr yer alır. Həmçinin türk və qaqauz dillərinin materialları əsasında leksika vasitəsilə mədəni informasiyanın verilməsi məsələsinə aid məqalə təqdim edilir.
Yeni nömrədə Nizami Gəncəvi yaradıcılığında milli-mənəvi dəyərlərdən bəhs edən məqalə də yer alır.
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının beşinci nömrəsinə məqalələr qəbul edilir.