
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 2-ci nömrəsi nəşr edilib.
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 2-ci nömrəsi nəşr edilib.
Jurnalda filologiya, tarix və antropologiya sahələrinə aid 21 elmi məqalə dərc olunub. Jurnalın yeni nömrəsində “Cəmiyyətin mənəvi problemlərinin Misir ədəbiyyatında inikası”, “Naturalist qadın şairələr və Məsturə”, “Orta Asiya” və “Mərkəzi Asiya” anlayışlarının nisbəti”, “Azərbaycan gəncliyinin milli kimliyinin əsasını qoyan ilk şəxs – Mirzə Həsən Rüşdiyyə”, “Sədr ailəsinin İraqın müasir siyasi tarixində rolu”, “Postmodern diskursunda qlokallaşma və hibridlik”, “İslam dinində həmrəylik anlayışı və onun müasir dövrün çağırışları baxımından əhəmiyyəti” və digər məqalələrlə tanış olmaq mümkündür.
Jurnalın üçüncü nömrəsinə məqalə qəbuluna başlanılıb.