“Şərq araşdırmaları” elmi-nəzəri jurnalı Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşr etdiyi elmi jurnaldır.
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalı 2019-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir (Reyestr №4254).
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalı Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Filologiya elmləri,Siyasi elmlər və Tarix və Antropologiya elmləri üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalı ildə iki dəfə nəşr olunur.Jurnalda Azərbaycan,türk,rus,ingilis və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa qəbul edilir və çap olunur.
Şərqşünaslıq elmi bütövlükdə kompleks elmdir və elmin müxtəlif sahələrini ( filologiya,tarix,fəlsəfə,iqtisadiyyat) əhatə edir.
Bu baxımdan “Şərq araşdırmaları” elmi-nəzəri jurnalında Şərq ədəbiyyatı (folklorşünaslıq,orta əsrlər,yeni dövr,müasir dövr və nəzəriyyə),Şərq dilləri və dilçilik elmi,Şərq ölkələrinin tarixi,arxeologiya və etnoqrafiyası,Şərq fəlsəfəsi və ilahiyyat,Şərq ölkələrinin iqtisadiyyatı və s. ilə bağlı məqalələr dərc olunur.