- “Şərq araşdırmaları” elmi-nəzəri jurnalına çap üçün məqalələr Azərbaycan, rus və ingilis dillərində çap şəklində və elektron daşıyıcıda qəbul edilir.
- Məqalələr Times New Roman-la, 1,5 interval və 14 şriftlə yazılmalıdır.
- Parametrlər aşağıdakı qaydada olmalıdır:
Aşağı – 2
Yuxarı – 2
Sağ – 3
Sol – 1
- Abzas 1 sm olmalıdır.
- Başlıq:
Öncə məqalənin adı, 1 sətir boşluqdan sonra müəllifin adı verilir. Məqalənin adı bütün hərflər böyük olmaqla qara (bold) ilə verilir. Məqalənin adı ortada, müəllifin adı sağda qara ilə olmalıdır. Soyadının bütün hərfləri qara ilə və böyük hərflərlə verilməlidir, məsələn:
MƏQALƏNİN ADI
Müəllifin ADI
- Müəllifin elmi dərəcəsi, işlədiyi yer və e-mail adresi soyadının qarşısına ulduz (*) işarəsi qoyulmaqla səhifə sonunda kursivlə verilir, məsələn,
Müəllifin elmi dərəcəsi, Müəllifin iş yeri
e-mail: müəllifin elektron poçt ünvanı
- Məqalənin yazıldığı dildəki açar sözlər müəllifin adından sonra aşağıdakı qaydada 10 şriftlə, 1 sətir öncədən, 1 sətir sonradan ara verilməklə yazılmalıdır:
Açar sözlər: məqalədə istifadə edilən açar sözlər
- Məqalələr daxili bölgülərlə verilməlidir: Giriş, I, II... və Nəticə. Paraqraflar adlandırılmalıdır.
- Ədəbiyyat kod sistemi ilə verilməlidir: ya istifadə ardıcıllığı və ya əlifba sırası əsas götürülməlidir. Başqa qaydalar qəbul edilməyəcək.
Mətn içində istinadlar bu qaydada veriləcək: (3, s. 15)
Birinci rəqəm istifadə edilən ədəbiyyatın kod nömrəsi olmalıdır. Vergül və nöqtədən sonra ara verilməlidir.
Ədəbiyyat sözü qara və kursivlə yazılmalı, öncə bir sətir ara verilməli və ortada olmalıdır, məsələn,
Ədəbiyyat:
Ədəbiyyat siyahısı əllə deyil, avtomatik olaraq, nömrələnməlidir. Ədəbiyyatın sırası 1 sm. sağa doğru çəkilməli və sol sıra çıxıntısız olmalıdır, məsələn,
Kitab adı:
- Müəllif. (nəşr tarixi). Kitabın adı. Çap olunduğu yer, Çap olunduğu nəşriyyat.
Məqalə adı:
- Müəllif. (nəşr tarixi). Məqalənin adı. Çap olunduğu nəşr, çap olunduğu nəşriyyat.
Konfrans materialları üçün:
- Müəllif (nəşr tarixi). Materialın adı / Konfransın (forumun, tədbirin) adı. Çap olunduğu nəşriyyat, materialın olduğu səhifələr.
- Xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) yazılmalıdır Öncə müəllifin adı, növbəti sətirdə məqalənin adı qara şriftlərlə verilməlidir. Müəllifin adı qara və sağda, məqalənin adı ortada qara və kursivlə yazılmalıdır. Məsələn,
Müəllifin ADI
Məqalənin adı
Müəllifin adından sonra bir sətir ara verilməlidir.
- Bu qaydalara uyğun yazılmayan, orfoqrafik, imla və ya üslub xətaları olan məqalələr qəbul edilməyəcək.
- Təqdim olunan məqalələr müvafiq elmi sahə üzrə mütəxəssisin rəyi ilə birlikdə təqdim edilməlidir.
- Məqalələr redaksiya heyətinin rəyinə əsasən çap olunur.
- Məqalələrin nəşri ödənişlidir (Şərqşünaslıq İnstitutunun əməkdaşları istisna olmaqla). Ödəniş müvafiq bank şöbələri üzrə mümkündür.